Azərbaycanlı hücumçu klubsuz qaldı
Azərbaycanlı futbolçu Nurlan Novruzov Estoniyanın “Narva Trans” klubundan ayrılıb.
Komanda.az xəbər verir ki, bu barədə 27 yaşlı hücumçu “facebook” hesabında məlumat yayıb. Novruzov, paylaşımında “Narva Trans”a təşəkkür edib.
Nurlan Novruzov 2020-ci ilin fevralından “Narva Trans”da idi. Azərbaycanlı futbolçu Estoniya təmsilçisində 23 oyuna 1 qol vurub.
Novruzov karyerası ərzində Azərbaycanda “Bakı”, “Sumqayıt”, Səbail”, Türkiyədə “Şanlıurfa”, “Dersim 62 Spor”, Moldovada “Dinamo-Auto” kimi klublarda forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin