Azərbaycanlı futbolçu Çexiyada dubl etdi

Çexiyanın futbol üzrə gənclər liqasında əsas mərhələnin 4-cü turunun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycanın U-21 millisinin üzvü Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya” da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Çeske Budeyevitse” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 6:0.

Nəbiyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 68-ci dəqiqədə əvəzlənib. Komandasının vurduğu qollardan ikisinə də Fərid imza atıb. Nəbiyev 11-ci dəqiqədə matçda hesabı açıb, 54-cü dəqiqədə isə hesabı 4:0 edib.

“Slaviya”nın U-21 komandası hazırda 7 xalla 10 komanda arasında 3-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button