
Əliyar Ağayevdən 2 “sarı”, 1 penalti – video
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Yunanıstan Premyer Liqasının 22-ci turu çərçivəsində keçirilən “Panatinaikos” – PAOK matçını idarə edib.
Komanda.az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsiylə baş çatıb. Ağayev, matçda hər iki komandanın bir futbolçusunu sarı vərəqə ilə cəzalandırıb.
Qarşılaşmada bir dəfə VAR-a baxdıqdan sonra “Panatinaikos”un qolunu ləğv edən Ağayev, PAOK-un qapısına penalti təyin edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin