Azərbaycanlı referi Avropa çempionatının oyununda
Azərbaycanlı FİFA referisi Rauf Cabbarov beynəlxalq təyinat alıb.
Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, Cabbarov, 21 yaşadək futbolçulardan ibarət milli komandaların Avropa çempionatının oyununa təyinat alıb. O, Estoniya və Latviya yığmaları arasında keçiriləcək görüşün baş hakimi olacaq. Cabbarova Namiq Hüseynov və Rza Məmmədov kömək edəcək. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.
Oktyabrın 11-də keçiriləcək Estoniya – Latviya matçı saat 20:15-də start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin