Azərbaycanlı FİFA referisi Gürcüstan – Kipr oyununa təyinat alıb

Azərbaycanın FİFA referisi Fəridə Lütfəliyeva Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Gürcüstan – Kipr oyununa təyinat alıb.

Komanda.az AFFA-ya istinadən xəbər verir ki, C liqasının 1-ci qrupunun matçında referiyə Sevda Nuriyeva və Gülnurə Əkbərzadə kömək edəcəklər. Əli Əliyev isə qarşılaşmanın dördüncü hakimi olacaq.

Tbilisidəki “Mixeil Mesxi II” stadionunda təşkil olunacaq oyun iyunun 4-də, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button