
Azərbaycanlı federasiya rəsmisi Avropa çempionatının oyunlarına təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Təlim və aşağı yaş qrupları üzrə iş şöbəsinin koordinatoru Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən növbəti dəfə təyinat alıb.
Bu barədə Komanda.az-a AVF-nin mətbuat xidmətindən məlumat verilib.
Mütəxəssis kişi voleybolçular arasında (U-22) 2026-cı ildə keçiriləcək Avropa çempionatının təsnifat mərhələsinin oyunlarında iştirak edəcək.
O, 11-13 iyulda Türkiyədə keçirilən B qrupunun oyunlarında supervayzer kimi hakimlərin işinə və yarışın təşkilinə qiymət verəcək.
Burada ev sahibi ilə yanaşı, Serbiya, Almaniya və Çexiya milliləri də mübarizə aparır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


