Azərbaycanlı federasiya rəsmisi Avropa çempionatında CEV nümayəndəsi olub

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidentinin müşaviri, Avropa Voleybol Konfederasiyasının (CEV) İdarə Heyətinin üzvü Cəlil Cəfərov beynəlxalq yarışda CEV nümayəndəsi kimi iştirak edib.

Komanda.az xəbər verir ki, o, Albaniyada təşkil olunan 16 yaşadək (U-16) qızların Avropa çempionatının final mərhələsində hakimlərin və supervayzerin işini qiymətləndirib.

Cəfərov mükafatlandırma mərasimində iştirak edərək, ən yaxşı oyunçuya və qalib komandaya kubok təqdim edib.

Yarışda Polşa birinci, Türkiyə ikinci, İtaliya isə üçüncü yeri tutub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button