
Tokio-2020: Azərbaycanın daha bir idmançısı mübarizəni dayandırdı
Azərbaycanlı cüdoçu Zelim Kotsoyev Tokio-2020-də mübarizəyə başlayıb.
Komanda.az xəbər verir ki, 100 kq çəki dərəcəsində çıxış edən idmançı ilk mərhələdə fransalı Aleksandr İddirlə qarşılaşıb. Kotsoyev vazari xalı ilə qələbə qazanıb.
Kotsoyevin 1/8 finalda rəqibi Kanada təmsilçisi Şadi Elhanas olub. Azərbaycanlı idmançı rəqibinə iki vazari xalı ilə uduzub və Olimpiyada mübarizəni medalsız başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin