Azərbaycanlı cüdoçu Rumıniyada “qızıl” qazandı

Azərbaycanlı cüdoçu Murad Fətiyev Rumıniyanın Kluj-Napoka şəhərində keçirilən Açıq Avropa turnirində qızıl medal qazanıb.

Komanda.az xəbər verir ki, 90 kq-da çıxış edən Fətiyev finalda kanadalı Aleksandr Arensibiaya qalib gəlib.

Qadınların mübarizəsində isə Südabə Ağayeva (70 kq) bürünc medal görüşündə yerli idmançı Serafima Moskaluya uduzaraq, 5-ci yerlə kifayətlənib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button