
Azərbaycanlı boksçular iki medal qazandılar – Beynəlxalq turnirdə
Azərbaycan boksçuları Bolqarıstanın paytaxtı Sofiyada keçirilmiş “Strandja” beynəlxalq turnirini iki medalla yekunlaşdırıblar.
Federasiyadan Komanda.az-a verilən məlumata görə, qadınların mübarizəsində Aynur Rzayeva (+81 kq) fəxri kürsünün ikinci pilləsinə qalxıb. O, finalda Aqata Kajmarskaya (Polşa) məğlub olduğundan “gümüş”lə kifayətlənib.
Kişilərin yarışında isə Məhəmməd Abdullayev (+92 kq) 3-cü olub.
Turnirdə 40-a qədər ölkədən 398 idmançı (256 kişi, 142 qadın) mübarizə aparıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin