Azərbaycanlı atletlər AÇ-də medalsız qaldılar

Gürcüstanın Batumi şəhərində keçirilən kişilər və qadınlar arasında ağır atletika üzrə Avropa çempionatı davam edir.

Komanda.az xəbər verir ki, 42 ölkədən 401 atletin (187 qadın və 214 kişi) iştirak etdiyi yarışda Azərbaycan yığma komandasının üzvləri də mübarizə aparıb.

Atletlərimizdən – Nailxan Nəbiyev və Kamran İsmayılov 96 kq çəki dərəcəsində B qrupunda yarışıblar. Nailxan Nəbiyev toplam 337 kq (147+190) nəticə ilə bu qrupda 8-ci, Kamran İsmayılov isə 333 kq (148+185) nəticə ilə 9-cu yeri tutub.

Millimizin üzvlərindən körpücük üzərinə son olaraq Əliş Nəzərov çıxıb. O, 102 kq çəki dərəcəsinin B qrupunda yarışıb. Atletimiz toplam 332 kq (151+181) nəticə ilə öz qrupunda 5-ci yeri tutub.

Xatırladaq ki, AÇ-nin əvvəlki günlərində mübarizə aparan millimizin üzvlərindən Kənan Xəlilovla (73 kq) Kənan Əliquliyev (81 kq) də uğur qazana bilməmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button