Ramil Quliyev Gəncədə baş verən erməni terrorunu pislədi
Azərbaycanlı atlet, beynəlxalq yarışlarda Türkiyəni təmsil edən Ramil Quliyev Gəncədə baş verən erməni terrorunu pisləyib.
Komanda.az xəbər verir ki, Quliyev, bununla bağlı özünün “instagram” hesabında paylaşım edib. O, üzərində “Pray for Ganja city” (“Gəncə şəhəri üçün dua edin”) sözləri yazılmış şəkil paylaşıb.
Quliyev, 200 metr məsafəyə qaçış üzrə dünya və Avropa çempionudur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin