“Azərbaycanla oyuna yaxşı nəticə üçün çıxacağıq”
İsveç yığmasının müdafiəçisi Viktor Lindelöf AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
“Sabahkı matça yaxşı nəticə üçün çıxacağıq. Bu səviyyədə oynayanların çoxu təzyiqə və qalib gəlməyə öyrəşib. İlk matçımızda Belçikaya 0:3 hesablı məğlubiyyətə görə məyusuq. Amma buna görə ruhdan düşmürük, inamımızı itirmirik. Bunun öhdəsindən gələcəyik. Hər oyunda qələbə qazanmaq istəyirik. Təəssüf ki, istədiyimiz başlanğıcı edə bilmədik”.
Sabah Solna şəhərindəki “Friends Arena”da keçiriləcək İsveç – Azərbaycan oyununa Bakı vaxtı ilə saat 22:45-də start veriləcək. İsveç yığması seçmə mərhələnin ilk matçında evdə Belçikaya 0:3, Azərbaycan millisi isə səfərdə Avstriyaya 1:4 hesabıyla uduzub.
Bizi Facebook-da izləyin