“Azərbaycanla oyun vacibdir” – Sloveniya millisinin baş məşqçisi
Noyabrın 11-də Azərbaycan millisi ilə yoxlama oyunu keçirəcək Sloveniya yığmasının baş məşqçisi Matyaj Kek yerli federasiyanın rəsmi saytına açıqlama verib.
Komanda.az xəbər verir ki, 59 yaşlı mütəxəssis bildirib ki, qarşıda 3 matç olduğu üçün geniş heyətə ehtiyac var:
“Vəziyyətimizi yaxşılaşdırmalıyıq. Noyabrdakı matçlar bizim üçün yaxşı fürsətdir. Azərbaycana qarşı yoldaşlıq görüşü irəliyə addım baxımından vacibdir. Geniş heyətimiz var. Bu, keyfiyyətli oyunu təmin etmək üçün önəmlidir. Sürətli hücumlar zamanı hər şey qaydasında olur. Tempi aşağı saldıqda isə problem yaşanır”.
Qeyd edək ki, noyabrın 11-də keçiriləcək Sloveniya – Azərbaycan matçına Bakı vaxtı ilə saat 23:45-də start veriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin