“Azərbaycanla matçın ilk 15 dəqiqəsində ciddi problemlərlə üzləşdik”
Futbol üzrə Latviya yığmasının baş məşqçisi Daynis Kazakeviç Azərbaycan millisinə qarşı keçirdikləri yoxlama oyununu şərh edib.
Komanda.az xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Bu, tipik yoxlama matçı idi. Həm hücumda, həm də müdafiədə yerinə yetirmək istədiyimiz vəzifələr var idi. Görüş bütövlükdə orta səviyyədə keçdi. Meydanda kifayət qədər texniki nasazlıqlar, qərarlarla bağlı çoxlu suallar var idi. Azərbaycan millisi kifayət qədər yaxşı komandadır. Bu rəqiblə oyunun ilk 15 dəqiqəsində ciddi problemlərlə üzləşdik. Yaxşı ki, oyuna nəzarəti bərpa edə bildik. Sevinirik ki, ən parlaq çıxışımızla qalib gəlmədik və iyun ayında bizə lazım olacaq məqamları işlədə bildik”.
Kazakeviç oyunun kobud keçdiyini söyləyib: “Buna baxmayaraq, komandam özünü yaxşı tərəfdən göstərdi. Düşünürəm ki, bu qarşılaşma gənclər üçün çox faydalı təcrübə oldu”.
Bizi Facebook-da izləyin