“Azərbaycanla matçdan zövq almağa çalışacağıq”

Fransa millisinin futbolçusu İbrahima Konate DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, “Liverpul”un müdafiəçisi Bakıdakı matçdan əvvəl keçirilmiş mətbuat konfransında qarşılaşmadan zövq almağa çalışacaqlarını deyib:

“Kapitan olub-olmayacağını bilmirəm. Oyun çətin keçə bilər. Çalışırıq zövq alaq. Məqsədimiz qələbə qazanmaq və statistikanı genişləndirməkdir. İlk oyunda Azərbaycan yığması bizi təəccübləndirmişdi. Bilirəm, bəlkə də, bu fikirlərimə görə məni tənqid edəcəksiz. Sabah nə olur olsun, artıq DÇ-2026-nın final mərhələsinə vəsiqəni təmin etmişik. Gələcək matçlara fokuslanmırıq. Bakı gözəl şəhərdir. Anı yaşayırıq. Azərbaycan yığması ilk oyunda keyfiyyətini göstərmişdi”.

O, “Liverpul”dakı oyunu haqda da danışıb:

“Mənə yeni təkliflər edilib. Agentlərim yeni klublarla danışıqlar aparır. Nə olacağını görəcəyik”.

Nəzrin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button