“Azərbaycanla matçda yaxşı nəticə qazanmağa çalışacağıq”
Futbol üzrə Qazaxıstan millisinin yarımmüdafiəçisi Asxat Tağıbergen UEFA Millətlər Liqası çərçivəsində Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, “Tobol”un formasını geyinən 31 yaşlı futbolçu bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
“İndiyə qədər Azərbaycan yığması ilə 8 oyun keçirmişik. Biz dörd oyunda qalib gəlmişik, iki dəfə uduzmuşuq, iki dəfə də heç-heçə qeydə alınıb. Bir sözlə, bu rəqiblə tez-tez qarşılaşırıq. Sabahkı oyuna da hazırıq. Yeni baş məşqçimiz rəqibin güclü və zəif tərəflərini bizə göstərib. Sabah bütün gücümüzü meydanda qoymağa və yaxşı nəticə qazanmağa çalışacağıq. Komandada əla atmosfer var”.
İyunun 3-də “Astana Arena”da keçiriləcək Qazaxıstan – Azərbaycan oyununa Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.
Bizi Facebook-da izləyin