“Azərbaycanla matçda qələbə qazanmaq istəyirik” – Zinçenko

“Ukrayna yığması sabahkı matça qələbə qazanmaq üçün çıxacaq”.

Komanda.az xəbər verir ki, bunu Ukrayna millisinin futbolçusu Oleksandr Zinçenko deyib.

O, Azərbaycan yığmasına qarşı keçirəcəkləri DÇ-2026-nın seçmə mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb:

“Matça ciddi hazırlaşmışıq. Hədəfimiz qələbə qazanmaq olacaq. Azarkeşlərimizi sevindirmək istəyirik. Sabah bizi maraqlı oyun gözləyir”.

Azərbaycan – Ukrayna qarşılaşması sentyabrın 9-da, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button