Azərbaycanın ən güclü gənc boksçuları bəlli oldu

Gənc boksçular arasında keçirilən Azərbaycan birinciliyi başa çatıb.

Komanda.az xəbər verir ki, Bakı və respublikanın müxtəlif bölgələrini təmsil edən 35 komandanın qatıldığı yarışda 150-yə yaxın idmançı mükafatlar uğrunda mübarizə aparıb.

5 gün davam edən birincilikdə 10 çəki dərəcəsində çempion və medalçılar bəlli olub. Boks Mərkəzində təşkil edilən yarışın son günündə final görüşləri keçirilib və ölkənin ən güclülərinin adlarına aydınlıq gəlib.

Turnirin komanda hesabında “Təhsil” Respublika İdman Mərkəzi birinci yeri tutub. İkinci pillədə Daxili İşlər Nazirliyinin İdman Klubu qərarlaşdığı halda, “üçlüy”ü BFL İK qapayıb. Yarışın qalibi adını qazanan Maqsud Xasmətov (52 kq) bu dəfə də birinciliyin ən texnikalı boksçusu seçilib. Həmçinin Ceyhun Abiyev ən yaxşı hakim, Yadigar Məmmədov (DİN İK) ən yaxşı məşqçi nominasiyasında fərqləniblər.

Azərbaycan birinciliyi

Final döyüşləri

49 kq. Ruslan Qədirov (ROİL) – Həsənağa Fətullayev (“Neftçi” İK) – 5:0

52 kq. Maqsud Xasmətov (“Abşeron” BK) – Əli Zamanov (DİN İK, “Təhsil” RİM) – 5:0

56 kq. Afər Babayev (“Neftçi” İK) – Əzrək Bəbirov (BFL) – 0:5

60 kq. Əziz Abdullayev (“Qızıl əlcək” İK) – Eldar Babayev (DİN İK, “Təhsil” RİM) – 0:5

64 kq. Rəşid Həsənov (BFL) – Röyal Buludov (“Neftçi” İK) – 5:0

69 kq. Səlim Səlimov (DİN İK, “Təhsil” RİM) – Fərid İsmayıllı (“Qəbələ” İK) – 3:2

75 kq. Mehman Quliyev (“Sədərək” İK) – İqor Platov (“Təhsil” RİM) – 5:0

81 kq. Murad Allahverdiyev (DİN İC) – Həsən Osmanlı (MOİK) – 5:0

91 kq. Akif Həsənov (“Təhsil” RİM) – Adil Vəliyev (MOİK) – 0:5

+91 kq. Fuad Cəfərov (DİN İC) – Əsəd Bəşirov (Sumqayıt) – 1:4

Bütün mükafatçılar

49 kq
1. Ruslan Qədirov (ROİL)
2. Həsənağa Fətullayev (“Neftçi” İK)
3. Laçın Mirzəzadə (“Təhsil” RİM)
3. Nemət Novruzov (“Zirvə”)

52 kq
1. Maqsud Xasmətov (“Abşeron” BK)
2. Əli Zamanov (DİN İK, “Təhsil” RİM)
3. İbrahim Heydərov (Sumqayıt)
3. Nihat Abdullayev (“Qızıl əlcək” İK)

56 kq
1. Əzrək Bəbirov (BFL)
2. Afər Babayev (“Neftçi” İK)
3. Ağasəlim Mustafazadə (“Qızıl əlcək” İK)
3. Samir Əsədli (“Gömrükçü” İK)

60 kq
1. Eldar Babayev (DİN İK, “Təhsil” RİM)
2. Əziz Abdullayev (“Qızıl əlcək” İK)
3. Əlzamin Səlimov (BFL)
3. Anar Məmmədli (“Sədərək” İK)

64 kq
1. Rəşid Həsənov (BFL)
2. Röyal Buludov (“Neftçi” İK)
3. Maşallah Tağıyev (Gəncə)
3. Elmir Novruzov (DİN İK, “Təhsil” RİM)

69 kq
1. Səlim Səlimov (DİN İK, “Təhsil” RİM)
2. Fərid İsmayıllı (“Qəbələ” İK)
3. Samir Nəsirov (BFL)
3. Türkeş Mustafayev (BFL)

75 kq
1. Mehman Quliyev (“Sədərək” İK)
2. İqor Platov (“Təhsil” RİM)
3. Rüfət Nəbiyev (Ağdaş)
3. Mirxəyal Məmmədov (DİN İK)

81 kq
1. Murad Allahverdiyev (DİN İC)
2. Həsən Osmanlı (MOİK)
3. Sadıq Sadıqov (“Qəbələ” İK)
3. Ruslan Qasımov (Gəncə)

91 kq
1. Adil Vəliyev (MOİK)
2. Akif Həsənov (“Təhsil” RİM)
3. Vaqif Qasımlı (DİN İK)
3. Anar Eminli (Şəmkir)

+91 kq
1. Əsəd Bəşirov (Sumqayıt)
2. Fuad Cəfərov (DİN İC)
3. Elgün Nəsirli (“Təhsil” RİM)
3. Ömər Abdulmavqud (“Spartak” TK)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button