Azərbaycanın yeni gənclər və idman naziri Fərid Qayıbov kimdir?

Azərbaycanın yeni gənclər və idman naziri Fərid Qayıbov 24 aprel 1979-cu ildə Bakı şəhərində anadan olub.

Komanda.az xəbər verir ki, yeni nazir 2003–2005-ci illərdə Azərbaycan Gimnastika Federasiyasının (AGF) İdman və logistika üzrə meneceri kimi fəaliyyət göstərib. O, hazırda bu qurumda baş katib vəzifəsini icra edir. Qayıbov 2006-cı ildən AGF-nın baş katibidir.

Fərid Qayıbov Avropa Gimnastika İttifaqının iştirakçısı, Olimpiya Oyunlarının (Pekin-2008, London-2012 və Rio-2016) nümayəndə heyətinin üzvü, müxtəlif gimnastika növləri üzrə Avropa və dünya çempionatlarının nümayəndə heyətlərinin başçısı, 2014-cü ildən 2017-ci ilə qədər gimnastika növləri üzrə Avropa çempionatlarında Apelyasiya Hakimlər Briqadasının prezidenti olub. 42 yaşlı nazir 2017-ci ildən Avropa Gimnastika İttifaqının prezidenti vəzifəsini icra edir.

Qayıbov Tokio-2020 Yay Olimpiya Oyunlarında da iştirak edib. Belə ki, o, gimnastika növləri üzrə yarışlarda Apellyasiya Hakimlər Briqadasının üzvü olub.

Fərid Qayıbov gənclər və idman naziri postunda bir müddət əvvəl vəfat edən Azad Rəhimovu əvəzləyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button