Azərbaycanın üç sərbəst güləşçisi AÇ-nin finalında
Macarıstanın Kaposvar şəhərində güləş üzrə U-15 Avropa çempionatı davam edir.
Komanda.az xəbər verir ki, ikinci yarış günündə sərbəst güləşçilər mübarizəyə qoşulub.
38 kq
Müstəcəb Məmmədov 1/8 finalda ermənistanlı Erik Papikyana 0:5 hesabıyla məğub olub.
41 kq
Rəşid Nazarov moldovalı İvan Boqdana və belaruslu Aleksandr Medvedevə 10:0 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Finalın bir addımlığında isə Çingiz Sarıqlara “tuş”la məğlub olub.
44 kq
Ruslan Əlizadə belçikalı Amir Xaniqova (11:1) və fransalı Rinat Abuxadjiyevə (10:0) tam üstünlüklə qalib gələrək yarımfinala yüksəlib. Ancaq bu mərhələdə rusiyalı Sultan Rajbadinov keçilməz olub – 1:12.
48 kq
Həsən Həsənov 1/8 finalda rusiyalı Malik Salatayevə 0:4 hesabıyla məğlub olub.
52 kq
Fərid Ağazadə kosovalı Con Ramadaniyə (11:2), litvalı Klaydas Dildaya (10:0) və fransalı Alixan Kaxriyevə (13:5), Hüseyn İsmayılov isə belaruslu Yaqor Daroşkaya (9:2), polşalı Vojçiex Barexaya (6:0) və türkiyəli Muhammet Doğana (8:0) qalib gələrək yarımfinala vəsiqə qazanıb. Milli üzvləri finalın bir addımlığında üz-üzə gəlib. Hüseyn Fəridi 4:2 hesabıyla üstələyərək finala yüksəlib. İsmayılov həlledici görüşdə rusiyalı Baysanqur Osmayevlə güləşəcək.
57 kq
İsa Yusibov rumıniyalı Mark Kelemenə (11:0), yunanıstanlı Pavlos Ntiantiadisə (11:0), türkiyəli İsmayıl Mertkolluya (tuş) və ermənistanlı Davit Davtyana (tuş) tam üstünlüklə qalib gələrək finala vəsiqə qazanıb. Yusibov qızıl medal uğrunda rusiyalı Tuncay Verdiyevlə qarşılaşacaq.
62 kq
Nihad Abbasov belaruslu Kiril Pavliuçenkaya 10:0 hesabıyla qalib gələrək 1/8 finala yüksəlsə də, ermənistanlı Yegişe Mosesyanla bacarmayıb – 11:17.
68 kq
Rəşad Veysəlov 1/8 finalda rusiyalı İdris Albekova 2:5 hesabıyla məğlub olub.
75 kq
Hüseyn Məmmədtağızadə 1/8 finalda rusiyalı Arkadiy Çerkaşinə (1:12), Nihad Quliyev isə eyni mərhələdə bu ölkənin digər təmsilçisi İslam Abasuva (2:3) uduzub.
85 kq
Amin Nəsibov startda belaruslu Timur Sakirkinə (10:0), Hakim Tağıyev isə latviyalı Ernests Stabinsə (5:2) gücünü göstərib. 1/4 finalda komanda yoldaşına şans tanımayan (10:0) Nəsibov yarımfinalda türkiyəli Beytullah Sarını (8:5) da məyus edərək adını finala yazdırıb. Aminin həlledici görüşdə rəqibi rusiyalı Kantemir Qiqiyev olacaq.
Bizi Facebook-da izləyin