
Azərbaycanın U-19 millisinin rəqibləri bilindi
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının 2024/2025 mövsümünün 1-ci mərhələsindəki rəqibləri məlum olub.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu gün təşkil edilən püşkatma mərasimində B Liqasında yer alan milli komanda İsveçrə, Estoniya və Kipr yığmaları ilə 5-ci qrupda mübarizə aparacaq.
İyuldan dekabrın əvvəlinədək baş tutacaq oyunlardan sonra qrup qalibləri və ən yaxşı ikinci yerin sahibləri A Liqasına vəsiqə əldə edəcəklər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin