
Tokio-2020: Azərbaycan yığmasının bayraqdarı açıqlandı
Azərbaycanın Tokio-2020 Yay Olimpiya Oyunlarında bayraqdarı müəyyənləşib.
Komanda.az xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə açıqlama verib. İyulun 23-də keçiriləcək açılış mərasimində Azərbaycan yığmasının bayrağını cüdoçu Rüstəm Orucov daşıyacaq.
Olimpiya Oyunları iyulun 23-dən avqustun 8-dək keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin