Azərbaycanın stolüstü tennisçiləri dünya çempionatında iştirak edəcək
Azərbaycanın veteran stolüstü tennisçiləri İtaliyaya yollanıblar.
Komanda.az xəbər verir ki, onlar paytaxt Romada təşkil olunan dünya çempionatında iştirak edəcəklər.
Yarışda Fərhad İsmayılov, İlkin Mustafayev, Məzahir Həsənov, Firudin Hüseynov, Əli Heydəri və Zabit Bağırov qələbə uğrunda mübarizə aparacaq.
İyulun 8-də start veriləcək dünya çempionatına iyulun 14-də yekun vurulacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin