Azərbaycanın stolüstü tennisçiləri Avropa cempionatında pley-offa yüksəliblər

Azərbaycanın stolüstü tennisçiləri Mərziyyə Nurmətova, Aylin Əsgərova, Adil Əhmədzadə, Rüstəm Hacılı, Onur Quluzadə və Yağmur Məmmədli İsveçin Malmö şəhərində təşkil olunan yeniyetmə və gənclər arasında Avropa cempionatında şəxsi yarışlarda qrup mərhələsini adlayaraq pley-offa yüksəliblər.

Komanda.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, Mərziyyə Nurmətova – Aylin Əsgərova tandemi isə qoşa yarışlarda etimadı doğruldub.

İdmançılarımız 1/32 finalda Almaniya, 1/16 finalda isə Çexiya təmsilçiləri üzərində qələbələrlə 1/8 finala vəsiqə qazanıblar. Onlar bu mərhələdə yarışın əsas favoritlərindən sayılan Rumıniya komandası ilə qarşılaşacaqlar.

U-15 və U-19 kateqoriyasında keçirilən Avropa çempionatında məşqçilər Elnur Hidayətzadə, Ramil Cəfərov və Səbinə Əzizlinin rəhbərliyi altında 12 idmançımız mübarizə aparır. 40 dan çox ölkənin qatıldığı Avropa çempionatına iyulun 21-də yekun vurulacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button