Azərbaycanın stolüstü tennis millisi “gümüş” qazandı
Azərbaycanın stolüstü tennis üzrə U-13 millisi “Europe youth series” turnirində gümüş medal qazanıb.
Federasiyadan Komanda.az-a verilən məlumata görə, Avropa Stolüstü Tennis İttifaqının Xorvatiyanın Osiyek şəhərində təşkil etdiyi yarışın qrup mərhələsində Yunanıstan, Portuqaliya və Xorvatiya seçmələrinə qalib gələn komanda 1/4 finalda Sloveniya millisini 5:1, yarımfinalda ev sahiblərini 5:0 hesabı ilə üstələyib.
Finalda isə Çexiya yığmasına 1:5 hesabı ilə uduzan kollektiv fəxri kürsünün ikinci pilləsində qərarlaşıb.
Üçüncü yeri Belçika və Xorvatiya komandaları tutublar.
Osiyek sınaqlarında məşqçilər Mixail Timofeyev və Elnur Hidayətzadənin rəhbərliyi ilə Yağmur Məmmədli, Xədicə Eylazova, Onur Quluzadə və Tunar Bağırov mübarizə aparıb.
Bizi Facebook-da izləyin