“Simurq”a medal qazandıran baş məşqçi vəfat etdi
Azərbaycanın “Simurq” komandasının keçmiş baş məşqçisi Roman Pokora vəfat edib.
Komanda.az xəbər verir ki, keçmiş mütəxəssis 73 yaşında ölüb. Bu barədə Ukraynanın “Aleksandriya” klubunun mətbuat xidməti məlumat yayıb.
Pokora, 2006-2010-cu illər aralığında “Simurq”u çalışdırıb. Zaqatala təmsilçisi 2008/2009 mövsümündə Azərbaycan çempionatında üçüncü yeri tutub və UEFA Kubokunda iştirak edib. “Simurq” 1-ci təsnifat mərhələsində İsrailin “Bney Yehuda” komandasına uduzaraq mübarizəni dayandırıb.
“Simurq” klubu 2015-ci ildən fəaliyyətini dayandırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin