Azərbaycanın qadın karateçisi: “Ukrayna bu müharibədə tək qalıb”

“Rusiya hücumlara və Ukraynanı bombalamağa davam edir”.

Komanda.az xəbər verir ki, bunu Azərbaycanın qadın karateçisi İrina Zaretska şəxsi “instaqram” səhifəsində yazıb.

Əslən Ukraynadan olan 26 yaşlı idmançı ölkəsinə olan hərbi müdaxilənin xilasetmə əməliyyatı olmadığını bildirib:

“Bu, müharibədir. Sadəcə, silahlarını götürüb vətənimizə gəliblər. Ukrayna bu müharibədə tək qalıb. Amma bilirəm ki, biz güclüyük”.

Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı olan İrina Zaretska ikiqat dünya və Avropa çempionudur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button