Mariya Stadnik mükafatlandırıldı
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik mükafatlandırılıb.
Komanda.az xəbər verir ki, 33 yaşlı idmançı Dünya Güləş Birliyindən (UWW) 3 min dollar pul mükafatı alıb. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
2 qat dünya və 8 qat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Stadnik 60 xalla dünya reytinqində 3-cü olduğu üçün bu mükafata layiq görülüb.
Bundan əvvəl Azərbaycanın sərbəst güləşçisi Osman Nurməhəmmədov (92 kq) 3 min dollar, yunan-Roma güləşçisi Rafiq Hüseynov (82 kq) isə 10 min dollar mükafat əldə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin