Azərbaycanın qadın güləşçiləri üçün uğursuz gün

Azərbaycanın üç qadın güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında yarımfinala yüksələ bilməyib.

Komanda.az xəbər verir ki, 50 kq çəki dərəcəsində çıxış edən Şəhanə Nəzərova moldovalı Mariya Leordaya qalib gəlsə də, 1/4 finalda litvalı Qabija Diliteyə uduzub.

55 kq-dakı Elnura Məmmədova polşalı Angelika Mitkovskanı məğlub etsə də, 1/4 finalda isveçli Emma Malmqrenə yenilib.

68 kq-dakı Nigar Mirzəzadə ilk görüşündə slovakiyalı Suzanna Molnara ilə bacarmayıb.

82 kq-da mübarizə aparan Yunan-Roma güləşçisi İsmayıl Rzayev isə təsəlliverici görüşdə polşalı Adam Qardziolaya məğlub olub.

Bu gün yunan-Roma güləşçiləri də medal qarşılaşmalarına çıxacaqlar. 60 kq-dakı Elmir Əliyev finalda Melkamu Fetene ilə, 72 kq-dakı Qurban Qurbanov İrfan Mirzoyevlə (Ukrayna), 97 kq-dakı Murad Əhmədiyev Aleks Şoke ilə (Macarıstan) güləşəcək.

67 kq-dakı Həsən Məmmədli bürünc medal uğrunda görüşdə İvo İliyevin (Bolqarıstan) müqavimətini qırmağa çalışacaq.

Daha əvvəl yunan-Roma güləşçilərindən Xasay Həsənli (77 kq) gümüş medal qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button