DÇ: Azərbaycan idmançısı “qızıl” üçün erməni ilə güləşəcək
Azərbaycanın iki yunan-Roma güləşçisi Rusiyanın Ufa şəhərində keçirilən gənclərin dünya çempionatında yarımfinal görüşünə çıxıb.
Komanda.az xəbər verir ki, 67 kq çəki dərəcəsində mübarizə aparan Həsrət Cəfərov Fransa təmsilçisi Qagik Snjoyanı məğlubiyyətə uğradaraq finala yüksəlib. O, sabah qızıl medal uğrunda görüşdə Ermənistan güləşçisi Sahak Hovnannisyanla üz-üzə gələcək.
60 kq-da yarışan Nihat Məmmədli isə finala gedən yolda Dinislam Bammatovun (Rusiya) müqavimətini qıra bilməyib. Məmmədli bürünc medal uğrunda görüşə qatılacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin