“Azərbaycanın idman naziri ilə çox möhtəşəm eşq macərası yaşadım”
Rusiyada dəbdəbəli həyatı ilə gündəm olan iş adamı Olqa Leybmanın “İnstaqram” hesabında yazdıqları Azərbaycanda da birmənalı qarşılanmayıb.
Komanda.az xəbər verir ki, cəzibədar xanım bildirib ki, illər öncə Azərbaycanın idman naziri ilə münasibəti olub. Azərbaycanlı nazirin sevgilisi olduğunu etiraf etmiş Olqa Leybman özünü daşınmaz əmlak biznesindən kinomotaqrafiyaya qədər müxtəlif sahələrdə sınayıb. Hazırda sağlam həyat tərzi və dietalari ilə bağlı bloqer kimi məşhurdur. Olqa eyni zamanda yazıb ki, onun azərbaycanlı dostları az deyil və xanım iş adamı bir neçə dəfə Azərbaycanı ziyarət edib.
Olqa Leybman Azərbaycanda nazir vəzifəsində çalışan sevgilisinin adını çəkməyib, yalnız qeyd etməklə kifayətlənib ki, bu şəxs idman naziridir:
“Azərbaycanda altı ay yaşamışam. Azərbaycanın idman naziri ilə çox möhtəşəm eşq macərası yaşadım”.
Bu isə istər-istəməz şübhələri idman və gənclər naziri Azad Rəhimovun üzərində cəmləyir. Düzdür, Olqa Azərbaycanın indiki, yoxsa bundan öncəki idman naziri (Əbülfəs Qarayev – savash.org) ilə sevgili olduğunu açıqlamayıb. Bununla belə, həmin şəxsin Azad Rəhimov olduğunu düşünmək üçün daha çox əsaslar var.
Bizi Facebook-da izləyin