Azərbaycanın gimnastika millisi Praqada gümüş medal qazandı
Azərbaycanın aerobika gimnastikası üzrə gənclərdən ibarət millisi Çexiyanın paytaxtı Praqada keçirilən “Czech Aerobic Open” beynəlxalq turnirində gümüş medal qazanıb.
Komanda.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, Fidan İbrahimova, Leyla Əhmədova və Evelina Kozlovskayadan ibarət heyət ikinci yeri tutub.
Adı çəkilənlər “üçlük” proqramında uğurlu çıxış ediblər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin