
Azərbaycanın fiqurlu konkisürəni dünya çempionatında 14-cü olub
Azərbaycanın fiqurlu konkisürəni Arina Kaluqina dünya çempionatında iştirak edib.
Komanda.az xəbər verir ki, o, Macarıstanın Debresen şəhərində keçirilən yeniyetmələr arasındakı mundialda qüvvəsini sınayıb.
Qısa və sərbəst proqram üzrə çıxış edən təmsilçimiz 48 idmançı arasında 172.43 xal toplayaraq yekun nəticədə 14-cü yerə sahib olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin