Azərbaycanın daha 3 güləşçisi DÇ-də qüvvəsini sınadı

Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir.

Komanda.az xəbər verir ki, yarışın üçüncü günündə Murad Məmmədov (60 kq), Sabah Şəriəti (130 kq) və Tatyana Omelçenko (62 kq) mübarizəyə qoşulub.

Murad Məmmədov (60 kq) 1/8 finalda konqolu Rabbi Kilandiyə vaxtından əvvəl qalib gəlib – 9:0. Ancaq həmyerlimiz 1/4 finalda bolqarıstanlı Edmond Nazaryana minimal fərqlə (1:2) məğlub olub.

Sabah Şəriəti (130 kq) ilk mərhələdə hindistanlı Satiş Satişə tam üstünlüklə qalib gəlib – 10:1. Lakin 1/8 finalda iranlı Amin Mirzəzadəyə uduzub – 0:9.

Tatyana Omelçenko (62 kq) təsnifat mərhələsində vyetnamlı Ti Nquyeni 7:3 hesabıyla məğlub edib. Milli üzvü 1/8 finalda olimpiya mükafatçısı və dünya ikincisi, tunisli Marva Amrini xalların keyfiyyətinə görə (5:5) mübarizədən kənarlaşdırıb. Omelçenko 1/4 finalda dünya çempionatının daha bir gümüş medalçısı, amerikalı Kayla Miraklla bacarmayıb – 1:6.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button