
Azərbaycanın daha 2 gimnastı dünya çempionatının finalına vəsiqə qazandı
Azərbaycan akrobatları Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük Bakıdakı dünya çempionatının finalına vəsiqə qazanıblar.
Komanda.az xəbər verir ki, Rəhmov-Seyidli dueti təsnifat mərhələsində 28,760 xalla 1-ci olub.
Sabir Ağayev və Mehriban Salmanovadan ibarət cütlük isə 26,890 xalla 8-ci yeri tutub və təsnifat mərhələsində mübarizəni dayandırıb.
Ümumilikdə, 13 ölkədən 6-sı martın 11-dəki finala adlaya bilib.
Daha əvvəl Daniel Abbasov və Murad Rəfiyevdən ibarət cütlük templə hərəkətlərdə martın 12-dəki finalda iştirak hüququ qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin