Azərbaycanın daha 2 boksçusu AÇ-yə qələbə ilə başladı
Türkiyənin Ərzurum şəhərində məktəbli oğlan və qız boksçular arasında Avropa birinciliyi davam edir.
Komanda.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan yığmasının daha 2 idmançısı çıxışını qələbə ilə başa vurub.
Raul Əsədullayev ilkin mərhələdə Miklas Maksimilianla (Slovakiya) qarşılaşıb. 50 kq çəki dərəcəsində mübarizə aparan boksçu rəqibini 5:0 (30:27, 30:26, 30:26, 29:27, 30:26) hesabı ilə məğlub edib.
Səma Hüseynova (54 kq) isə ilk görüşündə gürcüstanlı Məryəm Tçapodzedən güclü olub. O, 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib.
Əli Baxışov (42 kq), Rza Rzayev (57 kq) və Mədinə Məmmədova (60 kq) isə məğlub olaraq mübarizəni dayandırıblar.
28 ölkədən 378 idmançının qatıldığı yarışın ilk günündə yığmanın 4 üzvü ilkin mərhələ döyüşünü qələbə ilə bitirib.
Bizi Facebook-da izləyin