
Azərbaycanın bədii gimnastları Avstriyaya getdi
Azərbaycanın bədii gimnastları Azadə Atakişiyeva, Alina Kolesnikova, Yelizaveta Yefremova, Zəhra Tahirova Avstriyanın Obertraun şəhərində keçiriləcək təlim-məşq toplanışında iştirak edəcəklər.
Federasiyadan Komanda.az-a verilən məlumata görə, idmançılar hazırlıq prosesi ilə bağlı sözügedən ölkəyə yollanıblar.
Toplanış iyulun 1-dək davam edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin