Azərbaycan millisi Gürcüstanda daha 2 qələbə qazanıb

Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışını davam etdirən Azərbaycanın oğlanlardan ibarət U-16 basketbol yığması daha 2 yoxlama oyunu keçirib.

Komanda.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, Tahir Baxşıyevin rəhbərlik etdiyi komanda hər iki oyunda rəqiblərini məğlub etməyi bacarıb.

Azərbaycan (U-16) – “Rustavi” 78:55
Azərbaycan (U-16) – “Pachulia Academy” 68:61

Yığma komanda martın 25-də təlim-məşq toplanışını yekunlaşdıraraq vətənə qayıdacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button