Azərbaycanın 8 sərbəst güləşçisi Bolqarıstandakı turnirdə iştirak edəcək 

Azərbaycanın səkkiz sərbəst güləşçisi Bolqarıstanın Varna şəhərində keçiriləcək Dan Kolov və Nikola Petrovun xatirə turnirində iştirak edəcək.

Bu barədə Komanda.az-a Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Yanvarın 23-26-sı aralığında baş tutacaq yarışda ölkəmizi məşqçi Taymuraz Kokoyevin rəhbərliyi altında Rəhman İmanov (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Musa Haqverdiyev (65 kq), Zirəddin Bayramov (70 kq), Fərid Cabbarov, Səbuhi Əmiraslanov (hər ikisi 79 kq), Sadiq Mustafazadə (92 kq) və Yusif Dursunov (125 kq) təmsil edəcəklər.

Memorialda həmçinin 1-ci kateqoriyalı hakim Zaur Şərifov ədaləti qoruyacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button