Azərbaycanın 6 boksçusu 1/4 finalda
Bakıda boks üzrə “Böyük İpək Yolu” beynəlxalq turniri keçirilir.
Komanda.az xəbər verir ki, Bakı Boks Mərkəzində təşkil olunan ənənəvi yarışın ikinci günündə 3 çəki dərəcəsi üzrə 21 döyüş baş tutub. Bu görüşlərdən 11-də Azərbaycan yığmasının üzvləri gücünü yoxlayıb. Təmsilçilərimizdən 6-sı 1/4 finala vəsiqə qazanıblar.
Turnirdə Azərbaycan boksçuları ilə yanaşı, Rusiya, Qazaxıstan, Özbəkistan, Mərakeş, İraq, Türkiyə, Türkmənistan və Gürcüstan komandaları iştirak edirlər. 117 idmançının qatıldığı “Böyük İpək Yolu”nun final görüşləri aprelin 1-də olacaq.
Azərbaycan yığması yarışa geniş tərkibli heyətlə qatılıb. Baş məşqçi Vaqif Şirinov turnirdə 34 boksçuya şans verəcək. Yığmadan əlavə, ölkəmizin bir neçə klubunun üzvləri də medallar uğrunda mübarizə aparır.
Bizi Facebook-da izləyin