Azərbaycanın 4 təmsilçisi AÇ-nin finalına vəsiqə qazandı
Parakarate üzrə Azərbaycan millisinin 4 üzvü Xorvatiyada keçirilən Avropa çempionatının finalına vəsiqə qazanıb.
Bu barədə Komanda.az-a Azərbaycan Karate Federasiyasından məlumat verilib.
Baş məşqçi Rənad Əliyevin yetirmələrindən Emiliya Mitlinova, Vidadi Xalıqov, Eldar Əhmədov və Nihat Məmmədzadə qitə miqyaslı yarışın qızıl medalları uğrunda mübarizə aparacaqlar. Daha bir parakarateçimiz Ariana Mitlinova isə 3-cu yer uğrunda görüşə çıxacaq.
Fərid Savadov və Hüseyn Məmmədli də bürünc mükafatlar uğrunda döyüşəcəklər.
Komandamız Avropa çempionatına AKF-in vitse-prezidenti Rəhman Hətəmov və baş katib Qabil Sayadovun rəhbərliyi altında yollanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin