
Azərbaycanın 4 şahmatçısı dünya çempionatına qələbə ilə başlayıb
Azərbaycanın dörd təmsilçisi Monteneqronun Petrovaç şəhərində 20 yaşadək şahmatçılar arasında keçirilən dünya çempionatının 1-ci turunda qələbə qazanıb.
Bu barədə Komanda-a Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Xəzər Babazadə, Şiroğlan Talıbov, Ayan Allahverdiyeva və Nərmin Abdinova ilk turun partiyalarında qalibiyyət əldə ediblər. Lalə Hüseynova isə məğlub olub
61 ölkədən 263 şahmatçının iştirak etdiyi yarış 11 turdan ibarətdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin