Azərbaycanın 3 idmançısı dopinqə görə cəzalandırılıb

Azərbaycanın üç idmançısı dopinqə görə cəzalandırılıb.

Komanda.az AMADA-ya istinadən xəbər verir ki, Səidə Əliyeva (taekvondo), Günel Vəliyeva (ağırlıqqaldırma) və Rövşən Xəlilov (pauerliftinq) yarışlardan diskvalifikasiya olunub.

Hər üç idmançının cəzalandırılmasına səbəb nümunələrində qadağan edilmiş maddələrin aşkarlanması olub. Əliyevada “furosemid”, Vəliyevada “methyltrienolon”, Xəlilovda isə “metandienone” aşkarlanıb.

Əliyeva yarışlardan iki, digər idmançılar isə dörd il müddətinə uzaqlaşdırılıb. Taekvondoçu ilə bağlı sanksiya başlama tarixi bu il fevralın 16-sı göstərilib.

Dörd illik cəzalandırılan Vəliyeva ilə bağlı sanksiyanın isə 2023-cü il sentyabrın 7-dən etibarən başladığı təsdiqlənib.

Pauerliftinqçi Xəlilovun cəzası isə 2021-ci il noyabrın 18-dən qüvvəyə minib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button