Azərbaycanın 3 güləşçisi yarımfinala çıxa bilmədi
Azərbaycanın son üç güləşçisi Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında yarımfinala yüksələ bilməyib.
Komanda.az xəbər verir ki, yunan-Roma güləşçilərindən 60 kq çəki dərəcəsində çıxış edən Murad Məmmədov 1/8 finalda Rabbi Kilandiyə (Konqo) qalib gəlsə də, 1/4 finalda Armen Nazaryana (Bolqarıstan) yenilib.
130 kq-dakı Sabah Şəriəti 1/16 finalda Satiş Satişi (Hindistan) yenməsinə baxmayaraq, növbəti mərhələdə Amin Mirzazadeyə (İran) uduzub.
Qadın güləşçi, 62 kq-da çıxış edən Tatyana Omelçenko isə ardıcıl olaraq Ti Nquyen (Vietnam) və Marva Amriyə (Tunis) qalib gəlib. Omelçenko 1/4 finalda Kiyoko Miraklla (ABŞ) bacarmayıb.
Hər üç güləşçi rəqibləri finala adlayacağı təqdirdə, sentyabrın 13-də təsəlliverici görüşə qatılacaq.
Bizi Facebook-da izləyin