Azərbaycanın 2 idmançısı AÇ-də bürünc medal qazandı

Azərbaycanın paracüdo idman növü üzrə milli komandasının 2 üzvü Avropa çempionatının bürünc medallarını qazanıb.

Komanda.az xəbər verir ki, Namiq Abbaslı (73 kq, J2) və Uşaq Paralimpiya hərəkatının yetirməsi olan İsmayıl Muradov (60 kq, J1) İtaliyanın Kalyari şəhərində keçirilən Avropa çempionatının bürünc medallarına sahib olublar.

Sentyabrın 3-də İlham Zəkiyev (+90 kq, J1), Zakir Mislimov (90 kq, J1), Xatirə İsmiyeva (+70 kq, J1) və Dürsədəf Kərimova (+70 kq, J2) tatami üzərinə çıxacaqlar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button