Azərbaycandan aldığı təklifi “qeyri-ciddi” adlandırdı
Ukraynanın “Dinamo” (Kiyev) klubunun hücumçusu Kleyton ötən il Azərbaycan klublarının birindən təklif alıb.
Komanda.az xəbər verir ki, braziliyalı futbolçu bu barədə yerli “Futbol” nəşrinə müsahibəsində məlumat verib.
26 yaşlı forvard bildirib ki, təklif qeyri-ciddi olduğu üçün onu qəbul etməyib: “Azərbaycanla yanaşı, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Yaponiya, Cənubi Koreya və ABŞ-dan çoxlu variant təklif olunmuşdu. Amma hamısı qeyri-ciddi idi. Hələ yüksək səviyyədə futbol oynamaq istəyirəm. Ona görə də “Dinamo”nu seçdim”.
Qeyd edək ki, “Dinamo” Kleytonu 2020-ci ilin oktyabrında Braziliyanın “Atletiko Mineyro” klubundan transfer edib. O, ölkəsində “Fiqeyrense”, “Korintians”, “Bayya” və “Vasko da Qama” klublarında da forma geyinib.
Bizi Facebook-da izləyin