“Azərbaycandakı matçda maksimum nəticə göstərməyə çalışacağıq”
Kiprin AEL komandasının baş məşqçisi Duşan Kerkez Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri ilk oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
“Mənim üçün heç nə bitməyib. Azərbaycandakı matçda maksimum nəticə göstərməyə çalışacağıq. 90 dəqiqə boyu yaxşı oynaya bilməzsən. Hansı rəqibə qarşı mübarizə apardığımızı bilirdik. Rəqib avrokubokların qrup mərhələlərində çox iştirak edib. “Qarabağ”la bərabər səviyyədə oynadıq. Daha diqqətli olsaydıq, ikinci qolu vura bilərdik. Qələbə üçün hər şeyi ortaya qoyacağıq. Hazırlaşmaq və mərhələ adlamaq üçün vaxtımız var. Təcrübəli bir komanda ilə üz-üzə gəldik. Bilirdim ki, nəticə nə olursa, olsun, cavab qarşılaşması vacib olacaq. Sonda qol buraxmağımız yaxşı olmadı. Azarkeşlərimizə təşəkkür edirəm. Mən AEL-i, komandamı tanıyıram. Buna görə də daha çox şey gözləyirəm”.
Bizi Facebook-da izləyin