“Azərbaycanda özümü evdəki kimi hiss edirəm” – “Neftçi”nin futbolçusu

“Neftçi”nin futbolçusu Mamadu Kane klubun rəsmi televiziyasına müsahibə verib.

Komanda.az xəbər verir ki, futbolçu, Qəbələdəki təlim-məşq toplanışı zamanı verdiyi müsahibədə hazırlıqla bağlı fikirlərini bölüşüb:

“Artıq iki ildir “Neftçi”dəyəm və liqaya yaxşı bələdəm. Burda özümü daha yaxşı hiss edirəm. Azərbaycanda özümü evdəki kimi hiss edirəm, çünki burda çox xoşbəxtəm. İnsanlar mənə xoş münasibət göstərir.

Qəbələyə getməzdən əvvəl koronavirusla bağlı test verdik. Burda təhlükəsizlik tam yüksək səviyyədədir. Hazırlığımız çox yaxşı davam edir. Hər şey məni qane edir. Ümumilikdə hər şey xoşuma gəlir. Məşq və bərpa prosesləri yaxşı gedir. Qidalanmamız yüksək səviyyədədir, çox razıyam. Bu gün eşitdik ki, karantin müddəti bir az da uzadılıb. Çempionatın nə vaxt başlayacağını bilmirik. Buna baxmayaraq, gərgin məşq edirik, həm çempionat, həm də Avropa Liqasının oyunlarına hazırlaşırıq. Komandada hamı çox xoşbəxtdir. Canla-başla məşq edirik. Mənə olan dəstək və sevgiyə görə azarkeşlərə təşəkkür edirəm. Buna görə çox xoşbəxtəm və meydanda can qoymağa hazıram”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button