“Mənə hədə-qorxu gəldilər, dedilər səni sağ qoymayacağıq” – Azərbaycan millisinin keçmiş üzvü
Azərbaycanda “İnter”, “Simurq”, “Bərdə”, Belarusda MTZ-RİPO, “Darida”, “Smorqon” kimi klublarda çıxış edən, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin də formasını geyinmiş Elmar Xeyirov təhdid olunub.
Komanda.az xəbər verir ki, bu barədə keçmiş futbolçu özü açıqlamasında deyib. Hazırda ABŞ-da – Vaşinqtonda yaşayan Xeyirov, AFFA rəhbərliyindən narazıdır. Əvvəllər verdiyi müsahibələrdə AFFA rəhbərliyini tənqid edən sabiq futbolçu, “Amerikanın səsi”nə Azərbaycan futbolundakı söz azadlığından bəhs edib:
“Mənim üzümə deyiblər ki, məşq edə bilməzsən, yuxarıdan tapşırıblar.
Mənim Azərbaycanda yaşayan ailəmə təzyiqlər etməyə başladılar. Gəlib qapımı döyürdülər. Nəyə görə mənim qapıma adam göndərməlidirlər? Bildiz də, hərənin öz şapalaqvuranı var. Bu, elə bil ki, banditizm ölkəsidir, hamı hamıya şapalaq vurur. Mənə hədə-qorxu gəldilər, dedilər səni sağ qoymayacağıq. Mən bu adamlara qarşı öz mübarizəmi davam etdirəcəm. Heç nədən qorxmuram. Allah bizi yaratmayıb ki, insanların taleləri ilə oynayaq. Azərbaycanda oturanlar həmin insanların taleləri ilə oynayanlardır.”
Bizi Facebook-da izləyin